"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

N.ismayılov: “il ərzində 357 nəfəri qəbul etmişəm”

--2017-02-11 / 01:05

Bu gün vətəndaşların bələdiyyələrdə qəbulu, onların qaldırdığı problemlərin həlli hər bir yerli özünidarəetmə orqanının əsas vəzifəsi sayılır. Bəs bu proses Qaradağ rayonu Lökbatan bələdiyyəsində necə yerinə yetirilir?

Belediyye.infonun suallarını Qaradağ rayonu Lökbatan bələdiyyyəsinin sədri Namizəd ismayılov cavablandırır:

-       Bələdiyyənizdə vətəndaş qəbulları hansı formada  təşkil edilir?

-       Bu gün Lökbatan  bələdiyyəsində  vətəndaşlar  sədr, sədr müavini, bələdiyyə  üzvləri   və bələdiyyə  qulluqçuları  tərəfindən hər gün qəbul edilir. Hər bir müraciətin  qanunvericiliyin  tələbinə  uyğun   qeydiyyatı  aparılır.  Vətəndaşların müraciəti  Lökbatan   bələdiyyəsinin feysbook səhifəsində   ictimailəşdirilir.

-       Bəs bələdiyyə sədri olaraq sakinləri nə vaxt qədul edirsiniz?

-       Lökbatan bələdiyyəsi  sədrinin qəbul günləri bazar ertəsi, çərşənbə  və  cümə günləri saat 10-00-dan 18-00 -dəkdir. Eyni zamanda   sakinlər  iş vaxtı  istənilən  saatda   qəbulda ola bilərlər.

-       Bu istiqamətdə sizin bələdiyyəniz hansı yeniliyi edib və ya etməyi nəzərdə tutur?

-       Cari ildə məhəllə komitələrinin iştirakı ilə səyyar qəbullarının  keçirilməsini nəzərdə tuturuq.

-       2016-cı ildə bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri neçə nəfəri qəbul edib, sakinlərin qaldırdığı məsələlər öz həllini necə tapıb?

-       Qeyd etmək istərdim ki, ötən il bələdiyyə sədri  olaraq tərəfimdən  357 nəfər qəbul edilmışdır. şifahı müraciətlərin  qeydiyyat kitabında  qeydiyyatı  aparılır.

Lökbatan bələdiyyəsinin  səlahiyyətləri  dairəsində  olan  məsələlər  imkan  daxilində  həll edilir, bələdiyyəyə  aid  olmayan  məsələlər  barədə  qəbulda  olan  sakinlərlə  müvafiq  izahat işləri aparılır.

-       Vətəndaş qəbullarının qeydiyyatı aparılırmı?

-       Deməliyəm ki, vətəndaşların yazılı və şıfahi müraciətlərinin   qanunvericiliyin  tələbinə  uyğun olaraq  qeydiyyatı aparılır.

-     Bələdiyyənizə edilən müraciət və şikayətlər bələdiyyə iclasında müzakirə edilirmi, bu istiqamətdə təhlil və təsnifatlaşdırma aparılıbmı? 

-       Bələdiyyəyə daxil olan ərizə və müraciətlər  aidiyyatı  üzrə  bələdiyyə iclasında müzakirə olunur və müvafiq qərarlar qəbul edilir.

Belediyye.info

ŞƏRHLƏR